Biz kimik

KOREPART Koreya markaları — Hyundai, Kia, Genesis və SsangYong — üçün orijinal ehtiyat hissələri gətirən şirkətdir. 2023-cü ildən bu işlə məşğuluq.

İşimizin əsası sadədir: müştəri bizə avtomobilin VIN kodunu göndərir, biz rəsmi kataloqda detalın kodunu tapırıq, Koreyadakı rəsmi satış nöqtəsindən sifariş verib Bakıya çatdırırıq. Aralıqda vasitəçi yoxdur — ona görə həm qiymət, həm də məhsulun əsl olması bizim nəzarətimizdədir.

Bəzi hissələr Azərbaycan bazarında ya heç tapılmır, ya da uzun müddət gözləmək lazım gəlir. Biz məhz bu boşluğu doldururuq: kataloqda olan hər hissəni sifarişlə gətirə bilirik.